Yer təkindən istifadə ilə bağlı 05 aprel 2023-cü il tarixində saat 11:00-da hərrac keçiriləcək.
Banker.az xəbər verir ki, hərraca Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Quba rayonu “Qorxmazoba” qum-çınqıl yatağı, Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı çıxarılır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər.
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 29 mart 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Abşeron rayonu “Qobu” gil yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Qobu | LOT-1 | 404 936 m3 | 5.0 ha | Gil | 25 ilədək | 390970.0890
4471128.5590 |
40 500 | 4 050 |
Abşeron rayonu “Güzdək” əhəngdaşı yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Güzdək | LOT-1 | 105 000 m3 | 5.0 ha | əhəngdaşı | 25 ilədək | 386134.39
4471103.08 |
21 000 | 2 100 |
Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Qarqarçay | LOT-1 | 125 000 m3 | 5.0 ha | Qum-çınqıl | 25 ilədək | 677505.00
4428478.00 |
12 500 | 1 250 |
Şəmkir rayonu “Alabaşlı” hematit yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Alabaşlı | LOT-1 | 127 680 m3 | 5.34 ha | Hematit | 25 ilədək | 601322.00
4506532.00 |
12 800 | 1 280 |
Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Qızılca | LOT-1 | 337 800 m3 | 3.0 ha | Plagioporfir (tikinti daşı) | 25 ilədək | 604 997.00
449 8952.00 |
33 800 | 3 380 |
Quba rayonu “Qorxmazoba” qum-çınqıl yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Qorxmazoba | LOT-1 | 180 000 m3 | 9.0 ha | Qum-çınqıl | 25 ilədək | 305462.08
4570870.41 |
18 000 | 1 800 |
2. | Qorxmazoba | LOT-2 | 180 000 m3 | 8.0 ha | Qum-çınqıl | 25 ilədək | 305176.17
4570528.85 |
18 000 | 1 800 |
3. | Qorxmazoba | LOT-3 | 160 000 m3 | 8.0 ha | Qum-çınqıl | 25 ilədək | 304687.89
4570112.51 |
16 000 | 1 600 |
Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Şahmalı | LOT-1 | 60 000 m3 | 2.0 ha | Qum-çınqıl | 25 ilədək | 687769.00
4433407.00 |
6 000 | 600 |