2021-ci ilin fevral ayı ilə müqayisədə 2022-ci ilin fevral ayında Azərbaycanın 20 sığorta şirkətindən 8-nin sığorta haqları azalıb, 11-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkətidir (69%).
Yığımları ən çox artan “Aqrar Sığorta” və “Bakı Sığorta” şirkətidir.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.
Sığortaçının adı | Sığorta Haqqları (2022-ci il fevral), min manat | Sığorta Haqqları (2021-ci il fevral), min manat | İllik fərq |
A-Qroup Sığorta Şirkəti | 2.465 | 2.150 | 15% |
AtaSığorta | 1.307 | 2.492 | -48% |
Atəşgah Həyat Sığorta Şirkəti | 7.464 | 7.503 | -1% |
Atəşgah Sığorta Şirkəti | 4.792 | 5.068 | -5% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 1.646 | 5.387 | -69% |
Azərbaycan Sənaye Sığorta | 3.266 | 3.003 | 9% |
AzSığorta | 1.969 | 2.582 | -24% |
Bakı Sığorta | 780 | 363 | 115% |
Günay Sığorta | 978 | 1.804 | -46% |
İpək Yolu Sığorta | 5.166 | 6.175 | -16% |
Meqa Sığorta | 3.894 | 3.852 | 1% |
Naxçıvansığorta | 337 | 294 | 14% |
Paşa Həyat Sığorta | 51.201 | 35.539 | 44% |
Paşa Sığorta | 72.559 | 65.814 | 10% |
Qala Həyat Sığorta Şirkəti | 2.942 | 2.327 | 26% |
Qala Sığorta | 7.482 | 10.409 | -28% |
Xalq Həyat Sığorta Şirkəti | 1.229 | 761 | 61% |
Xalq Sığorta | 5.956 | 4.901 | 22% |
Aqrar Sığorta | 2.710 | 19 | 143 dəfə |
Meqa Həyat Sığorta | 166 | – | – |