14 C
Baku
Wednesday, November 12, 2025

Azərbaycanın 9 rayonunda torpaqlar satılacaq – Qiymətlər açıqlandı

Torpaq müsabiqə və hərracları 10 dekabr 2025-ci il saat 15:00-da keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ərizələr 12 noyabr – 8 dekabr 2025-ci il tarixlərində qəbul edilir.

Məlumata görə, hərrac və müsabiqələr Sumqayıt, Abşeron, Lənkəran, Zərdab, Qazax, Ağstafa, Şabran, İmişli və Balakən rayonlarını əhatə edir.

Ən böyük sahə — 68,8 hektar torpaq — Ağstafa rayonunun Qırılı bələdiyyəsinə məxsus olub, 15 illik icarəyə çıxarılıb. Ən yüksək satış qiyməti isə Sumqayıt şəhərində 1051 kv.m torpaq sahəsi üzrə müəyyən edilib — ilkin qiymət 47 min 295 manatdır.

Müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət oluna bilər.

1 2 2 2

Son xəbərlər
Digər xəbərlər