1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları açıqlanıb

“Bu il planlı təmir işləri 1 ay üçün nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında “Ai-92” markalı benzinin idxalı planlaşdırılıb ki, bunun təxminən 45 min tonu artıq Azərbaycana gətirilib”.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

İ.Əhmədov qeyd edib ki, “Ai-95” əsasən Rusiya və Ruminiyadan idxal olunur:

““Ai-92” benzininin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. İdxal edilən bu benzin bu ildə əsasən Rusiya mənşəlidir və 4 min ton civarında olan kiçik bir hissəsi Türkmənistandan idxal olunmaqdadır”.

SOCAR rəsmisinin sözlərinə görə, təmirin 4 noyabr 2019-ci tarixinə qədər mərhələli şəkildə tam yekunlaşması planlaşdırılıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.

©Modern

Son xəbərlər
Digər xəbərlər