8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın albalı və ərik məhsullarının ilk partiyası Moskva bazarlarına çıxarılıb

Azərbaycan Moskva vilayətinə albalı və ərik ixrac edən əsas ölkələrdən olub.

May ayının əvvəlindən Xidmətin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Moskva vilayətinə daxil olan 3,2 min ton albalı və əriklərə nəzarət tədbirləri keçirib.

Qeyd olunan məhsulların əsas tədarükçüləri Azərbaycan, Özbəkistan və Tacikistan istehsalçıları olub.

Ümumrusiya Bitki Karantini Mərkəzinin mütəxəssisləri tərəfindən məhsullarla bağlı laboratoriya sınaqları aparılıb və karantin fitosanitar tələblərinə uyğunluğunu təsdiqləndikdən sonra mallar sərbəst satışa buraxıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər