Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər ixracı 11 dəfə artıb

Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər ixracı artıb.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,  2023-cü ilin yanvar ayında Azərbaycandan 4 milyon 692 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

2022-ci ilin yanvarında ixrac olunmuş  spirtli və spirtsiz içkilər və sirkənin dəyəri 421 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ixrac təxminən 11 dəfə artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər