Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər ixracı artıb.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında Azərbaycandan 4 milyon 692 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
2022-ci ilin yanvarında ixrac olunmuş spirtli və spirtsiz içkilər və sirkənin dəyəri 421 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ixrac təxminən 11 dəfə artıb.