1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın alma ixracının məbləği 50 milyon dolları aşıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 50 milyon 151 min dollar dəyərində 79 992 ton alma ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2022-ci ilin 11 ayında Azərbaycandan 44 milyon 92 min dollar dəyərində 69 283 ton alma ixrac olunmuşdu. Beləliklə, alma ixracı dəyər ifadəsilə 14%, miqdar ifadəsilə 15.5% artıb.

Bir ton almanın orta ixrac qiyməti illik müqayisədə 636 dollardan 627 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər