2020-ci ildə Azərbaycan 48.8 milyon ABŞ dolları dəyərində emal olunmamış və aşqarlanmamış alüminium ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, ötən il ilə müqayisədə 11.2 milyon dollar və yaxud 19% azdır.
2019-ci ilin yanvar-dekabr aylarında isə Azərbaycandan xarici ölkələrə 60 milyon dollar dəyərində emal olunmamış və aşqarlanmamaş alüminium ixrac olunub.