Net Finance şirkətindən verilən məlumata görə bunun əsas səbəbi daha peşəkar və nüfuzlu imic yaratmaqdı. Yeni logo, tamamilə sadə və təməl bir forma olan bənzərsiz bir tərtibatla vektor forması üzərində qurulmuşdur. Şirkətdən Banker.az-a verilən məlumata görə, Şirkətin məqsədi sahibkarlara və Azərbaycanın biznes coğrafiyasına peşəkarlıq və etibarlılıq haqqında düşündüyü mesajı çatdırmaqdır.
Finans mavisi (finance blue) adlandırılan mavi rəng, unikal olması ilə yanaşı, brendin gücünü, nüfuzunu, etibarını və əhəmiyyətini əks etdirir.
Narıncı rəng həmişə enerjini, motivasiyanı, dostluğu və bir növ cəlbedici olmağı əks etdirir.
Onuda qeyd edək ki, NET FINANCE şirkəti maliyyə auditi xidməti ilə yanaşı maliyyə, mühasibat və vergi uçotunun aparılması, insan resurslarının idarə edilməsi və digər xidmətləri paralel olaraq öz müştərilərinə göstərməkdədir.