“Bank Technique” ASC-nin rəhbərliyində dəyişiklik olub.
Bankın əməkdaşlarından birinin verdiyi xəbərə görə, İdarə Heyətinin sədri Ülvi Mansurov səhmdarların qərarı ilə tutduğu vəzifədən azad olunub.
“Baxmayaraq ki, Ülvi Mansurovun adını İdarə Heyəti sənədlərdə gedir, o, artıq bir həftədir ki, işə belə gəlmir. Artıq sədr təhvil-təslim işləri ilə məşğuldur”, – deyə mənbə bildirib.
Ü. Mansurovun tutduğu vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanmır. Bu vəzifəyə kimin təyin olunacağı da hələlik bəlli deyil.
Məlumatı gec saatlarda aldığımız üçün bankın rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.
APA