İyunun 29-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq broyler müəssisəsinin inzibati binasının yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Səba”nın kənar investor cəlb etmədən nizamnamə kapitalının artırılması, bununla bağlı səhmdar cəmiyyətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması, qurumun 2017-ci il üçün illik (maliyyə) hesabatlarının təsdiq edilməsi, ötən ilin nəticələrinə görə dividend ödənilməsi, kənar auditorun seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Səba” ASC 1981-ci ildən fəaliyyət göstərən Dəvəçi Quşçuluq Fabrikinin bazasında 1996-ci ildə yaranıb. Hazırda Onun nizamnamə kapitalı 4 790 592 manatdır. Müəssisə “Səba” şirkətlər qrupuna daxildir.
kliklərin edilməsi, onun yeni redaksiyada qəbul olunması , 2017-ci il üçün illik (maliyyə) hesabatları və Səhmdar cəmiyyətin 2017-ci ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi və kənar auditorun seçilməsi nəzərdə tutulur.