Neft bazarında kəskin volatilik fonunda OPEC+ apreldə gündəlik hasilatı 400 min barrel artırmağa qərar verdi.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün rəsmi Twitter hesabında paylaşım edib.
Nazir qeyd edib ki, Azərbaycanın apreldə gündəlik hasilat kvotası 682 min barreldir.