13 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanın Avropa İttifaqı ölkələrinə satdığı məhsuldan gəliri bu il 6 milyard dollar olub

2020-ci ilin yanvar-oktybr ayları ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 6 milyard  145 milyon 436 min ABŞ dolları təşkil edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bəhs olunan dövrdə Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkə İtaliya olub.

Avropa İttifaqı dövlətləri üzrə bu il  ixracın dəyəri 6 145 435.63 min ABŞ dolları olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20.3% artım deməkdir.Belə ki, 2019-cu ilin 10 ayında Aİ dölətlərinə ixracın dəyəri 5 milyard 107 milyon 887 min ABŞ dolları təşkil edib.

10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada  İtaliya, Xorvatiya və  Yunanıstan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 3 880 142.58 min ABŞ dolları, Xorvatiyaya 448 808.09 min dollar, Yunanıstana 432 507.39 min dollar olub.

Bu il Azərbaycandan ən az ixrac edən Aİ ölkələri isə Slovakiya (44.25 min dollar), İrlandiya (139.66 min dollar) və Finlandiyadır (193.31 min dollar).

Son xəbərlər
Digər xəbərlər