“Legion Financial” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ili 616 332 manat mənfəətlə başa vurub. 2022-ci ildə lizinq şirkəti 282 724 manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 2.2 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
31 dekabr 2022-ci il tarixinə “Legion Financial” MMC-nin faiz gəlirləri 418 202 manat ikən, 31 dekabr 2023-cü il tarixinə 893 129 manat olub. “Legion Financial” şirkətinin maliyyə lizinqli əməliyyatları üzrə alacaqları 2.2 dəfə artaraq 4 milyon 727 min manata yüskəlib.
Ötən il “Legion Financial” MMC-nin cəmi aktivləri 4 milyon 751 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 2.2 dəfə artımdır. Lizinq şirkətinin cəmi kapitalı 1 milyon 729 min manatdan 2 milyon 861 min manata, cəmi öhdəlikləri 406 min manatdan 1 milyon 889 min manata çatıb.
“Legion Financial” maliyyə lizinqi bazarında rəqabət aparır. Maliyyə lizinqi xidmətində əmlakın uzunmüddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur.