Azərbaycanın avtomobil parkında son illərdə ən çox azalan markalar açıqlanıb. Bu sırada əsasən Sovet və ya Rusiya istehsalı olan avtomobillərdir.
Banker.az-ın əldə etdiyi məlumata görə, say baxımdan ən çox azalma Fransa markası olan “Peugeot”dadır. Belə ki, 2022-ci ilin əvvəli respublika üzrə 2 404 ədəd olan bu marka ilin sonuna sayı 334 və ya 14% azalıb.
İkinci, Sovet istehsalı “Gaz-31” və onun modifikasiya olunmuş markalarıdır. Bu avtomobil bir il ərzində 138 ədəd və ya 1% azalaraq 20 526 ədədə düşüb.
“Vaz”ın 2101, 03-06 markalarıdır. Bu avtomobillər sayca ölkənin ikinci ən çox markası olsa da, artıq onlar üçün gerisayım başlayıb. İldən ilə azalan “Vaz”ların sayı 128 ədəd azalaraq sayı 199 552-yə düşüb.
Tam siyahı belədir:
Azərbaycanda sayı ən çox azalan minik avtomobillərinin markaları, ədəd | ||||
2021 | 2022 | Miqdar, +/- | Faizlə, +/- | |
Peugeot | 2,404 | 2,070 | – 334 | -13.9% |
Gaz-31 və modif. | 20,664 | 20,526 | – 138 | -0.7% |
Vaz-2101, 03-06 | 199,680 | 199,552 | – 128 | -0.1% |
GAZ-24 və modif. | 26,145 | 26,052 | – 93 | -0.4% |
Azsamand | 3,450 | 3,391 | – 59 | -1.7101% |
Vaz-2105, 2107 və modif. | 126,652 | 126,624 | – 28 | -0.0221% |
Moskviç və modif. | 24,995 | 24,979 | – 16 | -0.0640% |
Vaz-2102, 2104 və modif. | 14,919 | 14,912 | – 7 | -0.0469% |
Tofaş | 6,175 | 6,169 | – 6 | -0.0972% |
Tavriya | 670 | 668 | – 2 | -0.2985% |
Oka-1111 | 2,062 | 2,061 | – 1 | -0.0485% |
Uaz-469 və modif. | 2,409 | 2,408 | – 1 | -0.0415% |