7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın avtomobil şirkətində yeni təyinat olub

İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi “Avtolüks Azərbaycan” şirkətində Marketinq və Reklam meneceri dəyişib.

İndiyədək şirkətdə Marketinq və Reklam meneceri vəzifəsində çalışan Asiya Cəfərova bu gündən vəzifəsini tərk edir. Bundan sonra “Avtolüks Azərbaycan”da Marketinq və Reklama İlkin Qurbanov baxacaqdır. Banker.az bunu Marja resursuna istinad edir.

İlkin Qurbanov “Marja”ya bildirdi ki, şirkətdə yeni vəzifəsinin adı Məhsul marketinqi meneceridir (Product Marketing): “Reklam işlərini hələ ki, əvəz edirəm”.

İlkin Qurbanovun avtomobil sektorunda böyük təcrübəsi var. O, “Nurgün Motors” şirkətində marketinq meneceri vəzifəsində də çalışıb.

Son xəbərlər
Digər xəbərlər