2025-ci ilin ilk 9 ayında minik avtomobilləri üçün təkərin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcmlərdə azalma, dəyərdə isə cüzi artım göstərib.
Banker.az xəbər verir ki, ilk üç rübdə Azərbaycana 1 milyon ədəd həcmdə, 32,5 milyon dollar dəyərində şin gətirilib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə həcmdə 4,5% azalma, dəyərdə isə demək olar ki, sabitlik deməkdir.
2025-ci ildə Azərbaycanın şin idxalında əsas pay Çinin olub. Ölkənin payı 685 min ədəd və 18,7 milyon dollardır. Çin həm ədədlə açıq fərqlə liderdir. İkinci yerdə Koreya Respublikası qərarlaşıb – 59,6 min ədəd (3,05 milyon dollar). İlk üçlüyü Türkiyə tamamlayır: 58,5 min ədəd və 2,33 milyon dollar. Digər böyük tədarükçülər arasında Tailand (70,7 min ədəd), Yaponiya (16,8 min ədəd), Rusiya (39,7 min ədəd), Belarus (22,4 min ədəd), Tayvan (12 min ədəd), Çexiya (2,6 min ədəd) və İran (18 min ədəd) yer alır.
2025, ilk 9 ay |
||
| Miqdar, ədəd | Dəyər, min dollar | |
| Cəmi | 1,001,031 | 32,550.91 |
| Çin | 685,307 | 18,732.12 |
| Koreya Respublikası | 59,582 | 3,051.74 |
| Türkiyə | 58,463 | 2,329.52 |
| Tailand | 70,748 | 2,318 |
| Yaponiya | 16,819 | 1,509.09 |
| Rusiya | 39,712 | 1,122.50 |
| Belarus | 22,383 | 506.32 |
| Çexiya | 2,638 | 446.83 |
| Tayvan (Çinin əyaləti) | 12,032 | 440.55 |
| İran İslam Respublikası | 18,054 | 307.76 |
2024, ilk 9 ay |
||
| Miqdar, ədəd | Dəyər, min dollar | |
| Cəmi | 1,047,813 | 32,515.19 |
| Çin | 711,339 | 19,610.63 |
| Türkiyə | 108,064 | 3,597.93 |
| Koreya Respublikası | 45,731 | 2,379.19 |
| Rusiya | 76,720 | 1,805.46 |
| Tailand | 37,630 | 1,239.21 |
| Yaponiya | 13,339 | 1,139.74 |
| Çexiya | 2,456 | 377.42 |
| Belarus | 15,610 | 360.64 |
| Serbiya | 4,599 | 229.69 |
| Filippin | 3,837 | 214.03 |








