12 C
Baku
Tuesday, October 1, 2024

Azərbaycanın BƏƏ ilə Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib

Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri əlavə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərməlidir.

Son xəbərlər
Digər xəbərlər