14 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanın bərpaolunan enerji üzrə qoyuluş gücü payı 2027-ci ilədək 33%-ə çatdırılacaq

2027-ci ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 33 faizə çatdırılması nəzərdə tutulub.

Bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində əsas prioritet istiqamətlərdən biri də meşə ərazilərinin bərpası və yaşıllıqların artırılmasıdır: “Hazırda ölkə boyunca meşə əkinləri və kütləvi ağacəkmə aksiyaları həyata keçirilir. Ötən il ölkə ərazisində 4 milyon ədəd ağac tingi əkilib, bu il isə 5 milyon ədəd ağacın əkilməsi nəzərdə tutulur. Təbii ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir fauna və flora növlərinin qorunması istiqamətində mühüm layihələr həyata keçirilir. Ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin mühafizəsi, artırılması və onların tarixən məskunlaşdığı ərazilərdə bərpası layihələri icra olunur. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. 2001-ci ildə bu göstərici cəmi 4,5 faiz idi. Hədəf yaxın 5 il ərzində onların sahəsinin 10,5 faizə çatdırılması, həmçinin infrastruktur, mühafizə və idarəetmənin təkmilləşdirilməsidir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər