-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bağlanmış bankının BFB-dakı payı satışa çıxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin (“UCB”) “Bakı Fond Birjası” QSC-dəki payını satışa çıxarmağa hazırlaşır.

Məlumata görə, payın satılması məsələsi BFB-nin səhmdarlarının iyunun 14-də keçirilmiş ənənəvi yığıncağında müzakirə obyekti olub. Yığıncaqda iştirak edən ADIF-in nümayəndəsinə bununla bağlı hüquqi prosedurlara başlamaq və “UCB”-nin payını digər səhmdarlara təklif etmək tövsiyə olunub.

Xatırladaq ki, “UCB”-nin lisenziyası ötən ilin yanvar ayında ləğv edilib. Bank BFB-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər