5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın bahalaşan təbii qazdan gəlirləri 4.5 dəfə artdı

Azərbaycan cari ilin ilk beş ayı ərzində xaricə 9.46 mlrd. kub metr həcmində təbii qaz satıb.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xaricə satılan qazın ixrac həcmi 3% artdığı halda onun valyuta daxil etmə həıcmi 4.5 dəfə artıb.

İxrac edilmiş təbii qazdan gəlir 5 mlrd. 994.79 mln. ABŞ dolları təşkil edib.

2022-ci ilin may ayında xaricə ixrac edilmiş təbii qazın həcmi isə  2.23 mlrd. kub metr təşkil edib ki, bu da təkcə bir ay ərzində $1 mlrd. 816.56 mln. valyuta daxil olması deməkdir.

May ayı üzrə ixrac öncəki ilin eyni ayı ilə müqayisədə 66% çox, dəyər baxımdan isə 9 dəfə çox artım qeydi alınıb.

Bildiyiniz kimi Azərbaycan təbii qazının böyük hissəsini Avropaya satır. Rusiya-Ukrayna münaqişəsi fonunda enerji təchizatında yarana biləcək qırılma ehtimalları və eləcə də Avropa qazının əsas təchizatı olan Rusiya qazından imtina edilməsin ilə bağlı açıqlamalar onun qiymətini kəskin bahalaşdırıb.

Azərbaycan may ayında yazın gəlişi ilə isinən Avropaya qazı əvvəlki ayla müqayisədə qazı

Təbii qazın hər min kub metrinin orta illik qiyməti 76%, illik müqayisədə isə 5 dəfə baha satmaqla hər min kub metrini $814-ə satıb.

Son xəbərlər
Digər xəbərlər