“Lənkəran Balıq Kombinatı” ASC səhmdarlarının (təkrar çağırış) növbədənkənar ümumi yığıncağı 11 fevral 2022-ci il saat 14.00-da, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
“Lənkəran Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
• “Lənkəran Balıq Kombinatı” Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi.
• Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir. Ünvan- Lənkəran şəhəri, Nərimanabad qəsəbəsidir.
Xatırladaq ki, “Lənkəran Balıq Kombinatı” ASC 2003-cü ildə, Lənkəran Balıq Konservdə yaradılıb. Onların nizamnamə kapitalı 304 776 manatdır.