13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Blokçeyn texnologiyaları və kriptovalyutalar” mövzusunda seminar keçirilib. ABA və Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən seminarda ABA-ya üzv olan bankların nümayəndələri iştirak edib.
Belə ki, seminarda “Blokçeyn texnologiyaları: istifadə təcrübələri və imkanları”, “Kriptovalyutalar və kriptoqrafiya”, “Bitkoin kriptovalyutası”, “Blokçeyn necə işləyir?” “Maining”, “Etherium və Ripple kriptovalyutası”, “ICO (Initial Coin Offering)”, “TOKEN”, “Smartcontract” mövzuları seminar iştirakçılarının diqqətinə çatdırılıb.