Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 mlrd. 567.7 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 256 mln. manat, balans kapitalı 6 mlrd. 311.7 mln. manat olub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının avqust üzrə təqdim etdiyi statistik bülletenə istinadən xəbər verir.
Avqust ayında bankların aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1% (478.5 mln. manat), 0.9% (381.8 mln. manat) və 1.6% (96.7 mln. manat) artmışdır.
Kredit portfelinin artımı cari ilin avqust ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 mln. manat artaraq 26 mlrd. 075.6 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.7% (13 mlrd. 999.8 mln. manat);
ıı) istehlak kreditləri – 30.6% (7 mlrd. 978.8 mln. manat);
ııı) ipoteka kreditləri – 15.7% (4 mlrd. 097 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.7 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
2024-cü ilin yanvar – avqust aylarında banklar tərəfindən 772.3 mln. manat xalis mənfəət, 1 mi148.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6.6% və 7.9% daha çoxdur.
Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 175.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.