-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektoru ilk 8 ayı böyük mənfəət əldə edib

Azərbaycanın bank sektoru 2021-ci ilin ilk səkkiz ayı ərzində 455.2 mln. manat həcmində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az Mərkəzi Banka istinadən xəbər verir.

Cari ilin yanvar-avqust ayları ərzində 1 milyard 362 milyon manat faizdən gəlir əldə edən bank sektoru, bunun müqabilində faizə cəmi 352.7 milyon manat xərc çəkib.

Bank sektorunun faizdən gəlirləri illik müqayisədə 7.4%, faiz üzrə xərclərini isə 9.4% artımışdır. Nəticədə, 985.5 milyon manat xalis faiz gəliri (öncəki ilin eyni dövrü: 903 mln. manat) əldə etmişlər.

Bankların qeyri-faiz gəlirləri 576.2 milyon manat, qeyri-faiz xərcləri isə 916.8 milyon manat olmuş və əməliyyat mənfəətləri 644.8 milyon manat olmuşdur.

Digər xərclər və ayırlmalar çıxıldıqdan sonra 537.1 milyon manat mənfəət əldə edilmiş və buradan da 81.9 mln. manat vergi xərci olmuşdur. Nəticədə, bankların 455.2 milyon manat xalis mənfəəti olmuşdur. 2020-ci ilin eyni dövründə 437.7 milyon manat xalis mənfəət əldə etmişdilər.wq3123

Son xəbərlər
Digər xəbərlər