-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektoru ilk yarımildə ₼563.3 mln. xalis mənfəət əldə edib

Azərbaycanın 24 bankı ümumilikdə 2023-cü ilin ilk yarısında 1 mlrd. 668.7 mln. manat faiz gəliri və 598.5 mln. manat qeyri-faiz gəlirinə qarşı 563.3 mln. manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 30 iyun 2023-cü il tarixinə təqdim etdiyi aylıq icmal göstəricilərində bildirilir.

Bankların faiz gəlirləri illik müqayisədə 33% artarkən, qeyri-faiz gəlirləri 12% artmış olub.

Faiz xərcləri illik 36% artımla 405.5 mln. manata, qeyri-faiz xərcləri isə 23% artaraq 1 mlrd. 60.6 mln. manata yüksəlib.

Bank sektorunun əməliyyat mənfəəti 772.3 mln. manat təşkil edib. 2022-ci ilin eyni dövründə 614.3 mln. manat idi.

Beləliklə, sektor 131.3 mln. manatlıq mənfəət vergisindən sonra 563.3 mln. manatlıq xalis mənfəət əldə edib.

121

Son xəbərlər
Digər xəbərlər