Azərbaycanda bank sektornun aktivləri son üç ildə ilk dəfə olaraq azalma müşahidə olunub. Azalma rəqəmi isə aylıq 3%-ə yaxındır.
Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bank sektorunun aktivləri 32 milyard 218,9 milyon manat təşkil edib. Mart ayının əvvəlində bankların aktivlərinin cəmi 33 milyard 195,9 milyon manat təşkil edirdi.
Aktivlərinin 15 milyard 232,7 milyon manatı müştərilərə verdiyi kreditlər, 5 milyard 870,6 milyon manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər olmuşdur.
Ümumilikdə son 1 ayda bank sektorundan 1 milyard 204,1 milyon manat geri çəkilib, nəticədə depozitlərin həcmi 20 milyard 586,6 milyon manata düşüb. Bundan əlavə ölkə banklarının requlyator – Mərkəzi Bank qarşısında öhdəlikləri 66,5% artımla 344,5 milyon manata qədər artıb. Bununla da banklarda cəmi öhdəliklər 27 milyard 477,9 milyon manat təşkil edib.