12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın bank sektoru on aya 1 milyarda yaxın xalis mənfəət etdiyini açıqladı

Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-oktyabr aylarında 908.2 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində deyilir.

Hesabatda bankların həmin müddətdə 1 milyard 369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etdiyi bildirilir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artmışdır.

İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.

1 22 2

Son xəbərlər
Digər xəbərlər