2022-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun aktivləri 41,589.7 milyon manat təşkil edib. İyun ayında isə aktivləri 41,920.2 mln manat təşkil edib ki, bu da aylıq müqayisədə 0.8% kiçilmə deməkdir. İllik müqayisədə isə aktivləri 24% çoxalıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankların aktivlərinin 18,487.4 milyon manatını müştərilərə verilmiş kreditlərdir. Ötən ilin eyni dövrünə nisbətən bank sektorunun kredit portfeli 2.4% böyüyüb.