2022-ci ilin yanvar ayında Azərbaycanın bank sektorunun aktivləri 37 982.3 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə bank sektorunun aktivləri 31 944.8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 19% artım deməkdir.
2021-ci ilin dekabrında bank sektorunun aktivləri 38 462.2 milyon manat olub. Belə ki, aylıq müqayisədə bank sektorunun aktivləri 1.2% azalıb.
Bankların aktivlərinin 16 781.4 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18% böyüyüb.