3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın bank sektorunda xalis mənfəət azalıb

30 sentyabr 2020-ci il tarixində Azərbaycanın bank sektorunun xalis mənfəəti 512.8 milyon manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayında sektorun xalis mənfəəti 75.1 milyon manat artıb.

Azərbaycanın bank sektorunin xalis mənfəəti ötən ilin yanvar-sentyabr aylarında 522.7 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında sektorun xalis qazancı 9.9 milyon manat və ya 2% azalıb.

2020-ci ilin yanvar-sentyabr dövründə bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 911,8 milyon manat, əməliyyat xərcləri 1 milyard 206,3 milyon manat təşkil edib. Banklar 9 ayda 122.2 milyon manat mənfəət vergisi ödəyiblər.

Son xəbərlər
Digər xəbərlər