Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 13.1 milyard manat olmaqla sektorun aktivlərinin 26.7%-ni təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənəddə deyilir ki, sektorun ani likvidlik əmsalı 52% təşkil etməklə minimum tələbi (30%) 1.7 dəfəyə yaxın üstələyib.
Likvid aktivlərin 48%-i (3.7 milyard ABŞ dolları) xarici valyutada olub.
Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 38%-i (5 milyard manat), dövlət qiymətli kağızlarında 36%-i (4.8 milyard manat), Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarda 12%-i (1.5 milyard manat) və nağd vəsaitlərdə 14%-i (1.9 milyard manat).