19 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanın bank sektorunun 17 mlrd. manat likvid aktivləri var

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun likvid aktivləri 17.2 milyard manat olmaqla sektorun aktivlərinin 36.6 %-ni təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, sektorun ani likvidlik əmsalı 59.9 % təşkil etməklə minimum tələbi (30%) 2 dəfəyə yaxın üstələyib.

Likvid aktivlərin 54 %-i (5.4 milyard ABŞ dolları) xarici valyutada olub.

Likvid aktivlərin strukturu isə belədir. Nostro hesablarda 29 %-i (5 milyard manat), dövlət qiymətli kağızlarında 31%-i (5.4 milyard manat), Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarda 29 %-i (4.9 milyard manat) və nağd vəsaitlərdə 11%-i (2 milyard manat).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər