Azərbaycanda fəaliyyət göstərən “KPMG Audit Azərbaycan” MMC dövlət büdcəsinə olan vergi borcunu tam ödəyib.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “KPMG Audit Azərbaycan” şirkətinin 4 min 833 manat vergi borcu olub.
Xatırladaq ki, “KPMG Audit Azərbaycan” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Audit şirkətinin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Hikmet Murat-dır.
Onu da qeyd edək ki, KPMG Audit Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən bəzi bankların audit yoxlamasını aparıb. KPMG 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib.