2021-ci ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun likvid aktivlərinin cəmi aktivlərindəki payı 33,1% təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatında bildirilib.
Sözügedən aktivlərin həcmi 13,9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 32,4% çoxdur.
Sektorun ani likvidlik əmsalı 61,6% (ötən ilin eyni vaxtında 60,9%) təşkil etməklə minimum tələbi (30%) iki dəfə üstələyib. Bankların likvid aktivlərinin 51,1%-i (4,2 mlrd. ABŞ dolları) xarici valyutada olub.
Qeyd edək ki, likvid aktivlərin 32%-i (4,4 mlrd. manat) nostro hesablarda, 21%-i (3 mlrd. manat) dövlət qiymətli kağızlarında, 34%-i (4,7 mlrd. manat) Mərkəzi Bankda olan müxbir hesablarda, və 13%-i (1,8 mlrd. manat) nağd vəsaitlərdə olub.