8 C
Baku
Monday, November 18, 2024

“Azərbaycanın bank sektorunun penetrasiyası qarşıdakı 2-3 ildə artacaq”

Azərbaycanın bank sektorunun penetrasiyasının qarşıdakı 2-3 ildə arta bilər.

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

“Azərbaycanın bank sektoru inkişaf etməkdədir, lakin son 10 ildə inkişaf tempi azalıb və bunun çox əsaslı səbəbləri var. 2015-2016-cı illərə nəzər salsaq, devalvasiya və iqtisadi tənəzzüldən sonra banklar özünübərpa prosesinə keçdi, çoxsaylı restrukturizasiyalar, bankların bağlanması və s. baş verdi. Bu proses bitdikdən sonra COVID pandemiyası başladı və bunun təkcə bank sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə necə təsir etdiyini hamımız yaxşı bilirik”- D.Tsiklauri qeyd edib.

O bildirib ki, bankların post pandemiya göstəriciləri 2021-ci ildən sonra bütün sektorun yenidən böyüməyə başladığını və son iki ildə iqtisadi şəraitin bank sektoru üçün çox əlverişli oldunu deməyə əsas verir: “Ümid edirəm ki, yaxın perspektivdə sektor daha da inkişaf edəcək, çünki buna nail olmaq üçün şəraitin əlverişli olacağını düşünürəm. Bununla belə, qonşu bazarlarla müqayisədə, Azərbaycan bank sektorunun penetrasiyası, yəni kredit portfelinin ümumdaxili məhsula nisbəti indikatoru, hələ də aşağıdır, amma bunun qarşıdakı 2-3 ildə yüksələcəyini düşünürəm. Məsələn, bu göstərici Azərbaycanda Qazaxıstan və Gürcüstana nisbətən aşağıdır”.

Son xəbərlər
Digər xəbərlər