14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın bank sistemi

Azərbaycanda bazar prinsipləri əsasında qurulmuş, inkişaf etmiş ikipilləli sistem fəaliyyət göstərir.  Birinci pillədə Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəllər Milli Bank adlanırdı), ikinci pillədə isə kommersiya bankları və müxtəlif qeyri-bank kredit təşkilatları qərar tutur.

Respublikanın ilk mərhələsində aparılan islahatlar ölkənin dövlət banklarının yenidən qurulmasına və təkmilləşdirilməsinə istiqamətlənmişdi və burada özəl bank sistemləri formalaşırdı. Bu mərhələdə bankların fəaliyyəti kapital baxımından aşağı tələblərlə müəyyən olunurdu və banklara nəzarətdə də liberal şərtlər qəbul olunmuşdu. Banklar üçün müəyyən olunmuş qaydalar bank sistemini genişləndirməyə və özəl bankların sayının artırılmasına imkan verirdi. 2000-ci ildən növbəti bank islahatları keçirildi: burada özəl banklara xüsusi diqqət ayrıldı və bu da bank sisteminin möhkəmənməsinə və maliyyə vasitəçiliyi funksiyasının yaxşılaşmasına gətirib çıxardı.

2002-ci ildə bütün bank sisteminin yenidən qurulması mərhələsi başlandı. Bu dövrdə uğurlu neft strategiyası sayəsində ölkəyəiri neft gəlirlərininaxını baş verdi. Bütün bunlar sayəsində 2002-2005-ci illərdə yeni inkişaf strategiyası hazırlanmışdı. Strategiyanın məqsədi: neft sektoruna təhlükəsiz və effektiv neft gəlirlərinin transformasiya olunması idi. Regionların və bütün əhalinin bank xidmətlərindən sərbəstliklə istifadə etməsini təmin etmək planlaşıdırılırdı. Bu da bank sisteminin maliyyə vasitəçiliyi funksiyasını inkişaf etdirmək, əhalinin yoxsulluq səviyyəsini azaltmaq, bank sisteminin etibarlılığını və sabitliyini möhkəmləndirmək, bank xidmətləri bazarında sağlam və sərbəst rəqabətin yaradılmasına imkan verirdi. Azərbaycanda iqtisadiyyatının formalaşmasında maliyyə və bank sistemi mühüm rol oynayır.

Banklar geniş xidmətlər təklif edir və pərakəndə bank xidmətləri sürətlənmiş tempdə inkişaf edir. Bank müştəriləri bank məhsulunu avtomatlaşdırılmış bank məntəqələrindən, mobil bank və internet-bankinq vasitəsilə əldə edə bilərlər. Uğurla yerinə yetirilmiş tapşırıqlar bnakların maliyyə vasitəçiləri kimi rollarını gücləndirir.
2006-cı ildə Azərbaycanın bank sistemi Zaqafqaziya ölkələri arasında ən güclü bank sistemi oldu.

Son 2 il üzrə bankomatlarının sayı 209 ədəd artmış, belə ki, 2011-ci ilin ilk ayında bankomat sayı 1907 ədəd, 2012-ci ilin son ayında isə bankomat sayı 2260 ədəd olmuşdur. Burda 1 nüans var ki, bankomatların əksəriyyəti Bakıda yerləşir. Belə ki, Bakıda yerləşən bankomatlar ümumi bankomat sayına olan faiz nisbətində 55.89% təşkil edir.  Pos-terminal şəbəkəsinə gəldikdə isə, nəzərə alsaq daha çox ödəniş üçün istifadə edilən pos-terminalların sayı isə son 6 ildə 17 dəfədən çox artmışdır. Son 2 il üzrə pos-terminalların sayı 4 dəfədən artıq yəni 28 996 ədəd artmış, belə ki, 2011-ci ilin ilk ayında pos-terminal sayı 7864 ədəd, 2012-ci ilin son ayında isə pos-terminal sayı 36 860 ədəd olmuşdur. Bankomatların əksəriyyətinin Bakıda yerləşdiyi kimi eyni hal pos-terminallar üçün də xarakterikdir, belə ki, Bakıda yerləşən pos-terminalların ümumi pos-terminallar sayına olan faiz nisbətində 91.24% təşkil edir

Azərbaycanda 43  (1 dövlət, 42- özəl) bank vardır və  bank yerli filiallarının sayı 666 ədəddir, xarici kapitallı bankların sayı 22-dir, xarici bankların yerli filialları isə 2-dir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər