24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın bankdaxili valyuta bazarında əməliyyatların həcmi 12,9 mlrd. dollara çatıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-nağd valyuta əməliyyatlarının 33,6%-i banklararası valyuta bazarında (BVB), 66,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Hesabat dövründə BVB-də əməliyyatların 95,5%-i ABŞ dollarında, 4,2%-i Avroda, 0,3%-i isə digər valyutalarda aparılıb.

Qeyd edək ki, BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Əlavə olaraq, hesabat dövründə BDVB-də valyuta əməliyyatlarının həcmi 12,9 mlrd. dollara bərabər olub ki, bunun da 74,8%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,4%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 4,1 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 3,2 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

©APA-Economics

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər