Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.
İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri, Adış Sakit oğlu Məmmədov Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bundan başqa, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Tofiq Fuad oğlu Musayev isə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Dövlət başçısının imzaladığı digər sərəncamlara əsasən isə Adış Məmmədov Azərbaycanın Qətərdəki, Yaşar Teymur oğlu Əliyev Çexiyadakı, Ramil Əbil oğlu Rzayev İndoneziyadakı, Məmməd Bahəddin oğlu Əhmədzadə isə Niderlanddakı səfiri təyin edilib.