Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artıb.
Banker.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə bildirilib.
Nazir müavini, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.