14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın böyük alıcısı olduğu qida yağının qiyməti 2022-ci ildən bu tərəfə maksimumda

Palma yağı ardıcıl üçüncü gündə artaraq güclü tələbat və təchizatın daralması ilə bağlı narahatlıqlar fonunda son iki ilin ən yüksək səviyyəsinə çatıb.

Banker.az bu barədə Bloonmberg agentliyinə istinadən xəbər verir.

Palma yağının ikinci ən böyük istehsalçısı olan Malayziyadan oktyabr ayı üzrə yükləmələr “Intertek Testing Services” yük monitorinq agentliyinə görə, Hindistan, Çin və Avropa İttifaqına olan güclü ixrac nəticəsində əvvəlki ayla müqayisədə 11% artıb.

Dünyada ən geniş istifadə edilən qida yağı olaraq tanınan palma yağı bioyanacaq xammalı kimi cazibəsini artıran xam neft qiymətlərinin artması ilə də yüksəlib. Palma yağının tələbatı gələn ilin əvvəlində İndoneziyanın bioyanacaq qarışığında istifadə edilən tropik yağın miqdarını artırmaq planı ilə əlavə dəstəklənməyə hazırlaşır.

Güclü tələbat, qismən yaşlanan ağaclar səbəbindən azalan təchizatla birləşərək palma yağının bu il ərzində 30%-dən çox artmasına səbəb olub.

“Manzoor Trading Co.”nun Lahordakı satış direktoru Abdul Hamid qeyd edir ki, artan mövsümi tələbat, məhdud təchizat və biodizel dəstəyi ilə artımın 2025-ci ilin birinci rübünə qədər davam edə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin ilk səkkiz ayında 36.7 min ton və ya 42.99 mln. dollarlıq xam palma yağı idxal edib. Bu da miqdar baxımından 54%, dəyər baxımından isə 47% faiz artımdır. Azərbaycanda palma yağının orta qiyməti bir ton üçün 1 171 dollar olub.

1x 14800 ringit=1096 dollar.

Son xəbərlər
Digər xəbərlər