“Cəlilabad Broyler” ASC 2024-cü ili 159 min manat zərərlə başa vurub. 2023-cü ildə broyler şirkətinin zərəri 248 min manat olub ki, bu da illik müqayisədə zərərin 36% azalmasıdır.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Cəlilabad Broyler” ASC-nin gəlirləri 177 min manat, əməkhaqqı xərcləri 17 min manat, amortizasiya xərcləri 273 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə şirkətin cəmi kapitalı 5 milyon 137 min manatdan 4 milyon 903 min manata düşüb, cəmi öhdəlikləri isə 132 min manatdan 2 milyon 154 minə çatıb.
Xatırladaq ki, ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 849 238 manatdır və qanuni təmsilçisi İbrahim Rəhimovdur.