“Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti 05.01.2024-cü il tarixində, saat 12:00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın keçirilmə ünvanı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 1-dir.
Yığıncağın gündəliyi aşağıdakı kimidir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi.
2. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması.
4. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi..
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini də xahiş edirik.