Martın 1-də, saat 11:00-da “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkəar ümumi yığıncağı keçiriləcək. Bu barədə agentlik Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaq “NBC Bank”ın mərkəzi ofisinin yerləşdiyi Bakı şəhəri, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının üzvünün, eləcə də Lənkəran və Sumqayıt filiallarının müdirlərinin təyin edilməsi məsələləri daxildir.
Xatırladaq ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bankın səhmlərinin 65,91%-i onun daxil olduğu “Nurgun Group” MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i “Caspian Insurance Co.” MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.
Report