7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bu il Avropaya ixrac etdiyi qazın həcmi açıqlanıb

Bu ilin 11 ayında Azərbaycanda neft-kondensat hasilatı 27.6 mln. ton, ixracı isə 23.1 mln. ton olub.

Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 27.6 mln. ton, ixracı isə 23.1 mln. ton olub. Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 mlrd. kubmetr qazın 22.05 mlrd. kubmetri ixrac olunub”, – paylaşımda bildirilir.

Qeyd olunur ki, yanvar-noyabr aylarında qaz ixracı 9% artıb. Avropaya 10.85 mlrd. kubmetr, Türkiyəyə 8.7 mlrd. kubmetr, Gürcüstana isə 2.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5.1 mlrd.m3 qaz nəql edilib.

Son xəbərlər
Digər xəbərlər