12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın bu layihəsi yarım milyard dollardan vəsait cəlb edib

Bu gün “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524,5 mln. dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

QSC-dən verilən məlumata görə, qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev imzalayıb.

Xatırladaq ki, cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 mln. dollar məbləğində birbaşa kredit ayrılıb.

Son xəbərlər
Digər xəbərlər