Azərbaycanın bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq

Azərbaycanda 2018-ci ildə bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq.

Məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini həyata keçirməlidirlər.


Len.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər