“Azərbaycanda 2024-cü ilin sonuna kimi elə bir yer, kənd, şəhər, qəsəbə qalmayacaq ki, orada yüksək sürətli, geniş zolaqlı, keyfiyyətli, kəsintisiz internet olmasın”.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
Rəşad Bayramov qeyd edib ki, bu gün artıq bizim planımızın 42 faizi tamam yerinə yetirilib.
“Ümumi bizim Azərbaycanda yeni zolaqlı internetlə təmin edəcəyimiz ev təsərrüfatlarının 42 faizi artıq geniş zolaqlı internetə çıxışı əldə edib. Bu da təxminən 1 milyona yaxın ev təsərrüfatına artıq həmin o geniş zolaqlı internet təqdim edilib. Təbii ki, deyəcəksiniz, dirəklər basdırılıb, naqillər var, amma internet yoxdur. Bilirsiniz, bu çox mürəkkəb, uzunmüddətli və çoxmərhələli prosesdir”.