10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq.

Bunu Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:

“İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq. Hətta Antalayanın ən böyük bələdiyyələrindən olan – Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur”.

R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək: “Antalya iş adamlarının Astaraya gələrək ora investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar”.

AK partili millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyəti Astaraya səfər planlaşdırılır:

“Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır”.

Qeyd edək ki, YAP-ın təşkilatçılığı ilə bir qrup deputat və jurnalist Antalyada səfərdə olub. Açıqlama həmin səfər zamanı götürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər